Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yazıq1 [yazıx] sifət

1. Dinc, sakit, fağır, aciz. □ Yazıq adam.

2. Acınacaqlı, zavallı, bədbəxt. □ Yazıq Qurban, sən qəbrini öz əlinlə qazdın, – dedi. (A.Şaiq).

3. İntonasiyadan asılı olaraq bəzən kinayə, etinasızlıq, istehza məqamında işlənir. □ Ay yazıq!

yazıq2 [yazıx] sifət

Dialekt. Yumurtladığı yerini yadırğamış, yayınmış. □ Yazıq toyuqdan yumurta umma.

Həmçinin bax:

frazeologizm: canına yazığı gəlməmək frazeologizm: yazığı gəlmək frazeologizm: yazıq günə qalmaq Azərbaycan dilinin izahlı lüğəti