1. Yazmaq üçün tətbiq edilən qrafik işarələr sistemi; əlifba. □ Ərəb yazısı. Slavyan yazısı. Qot yazısı. Çin yazısı.
2. Yazılmış şeyin zahiri görünüşü; xətt. □ Aydın yazı. Qarışıq yazı. Yazısı pis deyil.
3. Kağız və ya başqa material üzərində yazılmış şeylər; xətt. □ Şəklin altındakı yazılar.
4. Hər hansı bir dövrə və xalqa aid yazılı abidələr. □ Orxon yazıları. Qədim alban yazıları. Qədim yazılar.
5. Savad, yazı-pozu, yazma qabiliyyəti. □ Yazı yaza bilmir.
6. Yazılmış hər hansı bir şey; əsər, məqalə, mətn və s. □ Yazının mətnini hazırlamaq.
7. Məcazi mənada: bəxt, tale mənasında. □ Əzəl başdan belə yazıldı yazı; Şirindi söhbəti, şirindi sazı. (AşıqQurbani).
1. Arxaizm. Çöl, səhra, düzən. □ Bayazid yazısında yaxşı ceyranlar olur, göndər, onlardan vurub gətirsinlər, bizə ceyran kababı ver. (“Koroğlu”).
2. Arxaizm. Çöl, eşik, bayır. □ Bu bəzmi-xasi-ünsdür, aramgahi-qüdsdür; Aç qapını, sal yazıya biganəni, biganəni. (Ə.Nəbati).
Həmçinin bax: