Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yaxınlarda [yaxınlarda] zərf

1. Yaxın yerlərin birində, bu ətrafda (bəzən “bu” sözü ilə). □ Evimiz bu yaxınlardadır. O, bu yaxınlarda yaşayır.

2. Bu günlərdə, bir az əvvəl, az müddət əvvəl, tez bir zamanda, yaxın bir vaxtda, bir az sonra. □ Yaxınlarda gəlmişdir. Yaxınlarda dissertasiya müdafiə etmişdir. Yaxınlarda, deyəsən, yağış yağıb. Yaxınlarda yubileyi olacaq. Yaxınlarda əlli yaşı tamam olacaqdır. Yaxınlarda gedəcəyəm.

Azərbaycan dilinin izahlı lüğəti