Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yatmaq [yatmax] feil

1. Yuxu halında olmaq; yuxulamaq. □ Bərk yatmaq. Uzanıb yatmaq. Yatıb dincini almaq.

2. Məcazi mənada: əbədi istirahətgahda olmaq, dəfn olunmaq. □ Qəbirdə yatanlar (ölülər). Bu qəbirdə kim yatır?

3. Yuxulamaq üçün yatağa girmək. □ Saat neçədə yatırsınız? O, çox tez yatır.

4. Uzanmaq, uzanmış vəziyyət almaq. □ Tutdular bərəni, eyləməyib ləng; Yatdılar səngərə oiki pələng. (H.K.Sanılı).

5. Gecəni keçirmək. □ Gecəni harada yatırdınız?

6. Xəstə olmaq, xəstələnmək, azarlamaq, yorğan-döşəyə düşmək (bəzən “xəstə” sözü ilə). □ Düz iki ay yatdım. Çoxdandır yatır.

7. Uçulmaq, düşmək, süqut etmək, dağılmaq. □ Toplar guruldadı, saraylar yatdı; Bunları insanın əli yaratdı. (S.Vurğun).

8. Çökmək, enmək. □ Maşın düşərgəyə doğru irəlilədikcə təkərin altından çıxan toz buludkimi qalxıb otların üstünə yatırdı. (M.İbrahimov).

9. Bir işin, hadisənin təsiri azalmaq, zəifləmək, sakitləşmək, dayanmaq, qurtarmaq. □ Külək yatdı. İstilər bir az yatdı. Hirsi yatdı. Ehtiraslar yatdı.

10. Məcazi mənada: qəflət etmək, qəflətdə olmaq, arxayın olmaq, xəbərsiz olmaq, heç bir hərəkət göstərməmək. □ Yatmaq vaxtı deyil! Yatanları oyatmaq (qəflətdə olanları ayıltmaq). Yatmısan, heç nədən xəbərin yoxdur.

11.  Məcazi mənada: dayanmaq, işləməmək, fəaliyyətdən qalmaq. □ İş yatıb qalıb.

12. Keyimək, uyuşmaq, yuxulamaq. □ Ayaqlarım yatıb.

13. Yığılıb qalmaq, işə getməmək, satılmamaq (bu mənada adətən “yatıb-qalmaq” şəklində işlənir). □ Dükanlarda mal yatıb qalıb.

14. Həbsxanada olmaq, həbsdə olmaq,məhbus (dustaq) olmaq. □ Hərif neçə il yatıb?

Həmçinin bax:

frazeologizm: ağac başında yatmaq frazeologizm: ağız-ağıza yatmaq frazeologizm: ayaq üstə yatmaq frazeologizm: bəxti yatmaq frazeologizm: böyrü üstə yatmaq frazeologizm: canına yatmaq (sinmək) frazeologizm: cini yatmaq frazeologizm: dilə yatmaq frazeologizm: dili yatmamaq frazeologizm: dilinə yatmaq frazeologizm: döşünə yatmaq frazeologizm: əli işə yatmamaq frazeologizm: əli yatmamaq frazeologizm: fırı çıxmaq (yatmaq) frazeologizm: fısı yatmaq frazeologizm: fil qulağında yatmaq frazeologizm: xəstə düşmək (yatmaq) frazeologizm: xətir üçün (üstə) xəstə yatmaq (olmaq) frazeologizm: ipə-sapa yatmamaq (gəlməmək) frazeologizm: könlünə yatmaq frazeologizm: köpü yatmaq frazeologizm: küp dibində yatmaq frazeologizm: qəlbinə yatmaq frazeologizm: marığa durmaq (yatmaq) frazeologizm: ruhuna yatmaq frazeologizm: səngərə yatmaq frazeologizm: suyun dibinə yatmaq frazeologizm: tası-pası yatmaq frazeologizm: ürəyə yatmaq frazeologizm: ürəyinə yatmaq frazeologizm: yatsa, yuxusuna da girməzdi frazeologizm: yediyi canına yatmamaq (sinməmək) frazeologizm: yeyib-içdiyi canına yatmamaq frazeologizm: zövqünə yatmaq coğrafiya: yatmış vulkan Azərbaycan dilinin izahlı lüğəti