Çölnanəsi ; su kənarlarında bitən, ağ və qırmızı çiçəkləri olan ətirli bitki. (“Koroğlu” dastanının lüğəti)
Gəzdim şəhərlər, obalar,
Keçdi zimistan, yaz gördüm,
Dolandım çöllər, səhralar,
Bulaq üstə yarpız gördüm.
(“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Axtararam düşmənləri seçərəm,
Başlarını yarpız kimi biçərəm,
Mərd yolunda başdan, candan keçərəm,
İzin versən, Ərzuruma gedərəm.
(“Koroğlunun Ərzurum səfəri”)
Azərbaycan dastanlarının leksikası