1. Tək, kimsəsiz, yalnız, tək-tənha. □ Yalqız quş yuva salmaz. (Atalar sözü).
2. Zərf kimi: tək, kimsəsiz, yalnız, tək-tənha. □ Yalqız qalmaq. Yalqız gəlmək. Yalqız yeyən süfrəsini özü yığar. (Atalar sözü). Bahalıqda çörəyin əsirgəyən ucuzluqda yalqız qalar. (Atalar sözü).
3. Ancaq, təkcə, müstəsna olaraq. □ Elə yalqız Zakir deyil gileyli; Azürdədir aləm sərasər səndən. (Q.Zakir).
Azərbaycan dilinin izahlı lüğəti