1. Keflənmək, nəşələnmək, məst olmaq. □ Yalan sərxoşluğunda elə xumarlanmışıq; Çaylağı yol, gülü kol, qaranı ağ sanmışıq. (B.Vahabzadə).
2. Keflilikdən axmaq, süzülmək (göz haqqında). □ Gözləri xumarlanmaq.
3. Nəşələnmək, zövqlənmək, zövq almaq, nazlanmaq. □ Nazlanıb xumarlanan çay hamının üzünə gülümsəyirdi. (S.Vəliyev).