Reklam
Reklam

Məsəllər, deyimlər

XEYİR BARIŞIQDADIR

►Xeyirxah olmağı, insanları ədavətə deyil, sülhə, barışığa çağırmağı təlqin edən ifadə.

İfadə Şərqin böyük mütəfəkkiri Cəlaləddin Rumidən qaynaqlanır.

Mövlana Cəlaləddin Rumi (1207–1273) «Məsnəvi»sində göstərir ki, Allah insanları iki cür yaratmışdır. Biri torpaq kimi donmuş və ağırlığı səbəbindən hərəkətsiz qalmışdır, o biri isə çevikdir, su kimi daim axır. Bu axan suyun sayəsində qonşuluqda minlərlə gül bağçası yetişir. Onun çiçəkləri və meyvələri canlanır, bədənlərin və ruhların qidası olur.

Şərqin böyük mütəfəkkiri qeyd edir ki, indi bu bir-biri ilə savaşan və aralarındakı münasibəti kəsən dostların birinin torpaq, digərinin də su olması lazımdır. Beləcə, bir-biri ilə qarışıb ülfət etdikləri və bir yerə toplandıqları zaman Allah bu birləşmənin bərəkəti ilə yüz minlərlə barış çiçəyi, nəşə və vəfa bağçası meydana çıxarar.

Ruminin qənaətincə, barış nifrəti aradan qaldırır, insanları yaxınlaşdırır, onların gücü düşmənçiliyə, nifrətə və kinə deyil, qarşılıqlı anlaşmaya, xeyirxah işlərə, həm də uca Yaradanı dərk edib qavramağa xidmət edir. Deməli, xeyir barışıqdadır.

Məsəllər, deyimlər