Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

xəlifə [xəli:fə] isim ərəb

1. Tarix. Bəzi müsəlman ölkələrində Məhəmməd peyğəmbərin vəkili və bütün müsəlmanların başçısı və hamisi sayılan şəxslərə verilən yüksək dini ünvan (xəlifələr Məhəmməddən sonra işğalçı müharibələr nəticəsində yaradılmış ilk dövlətlərdə həm dünyəvi, həm də dini hakimiyyətə malik olmuşlar; vaxtilə Türkiyə sultanları da bu adı daşımışlar. □ Padşah həm xəlifə olub, həm də dövlətin yol göstərəni. (N.Nərimanov).
2. Keçmişdə molla məktəblərində molla köməkçisi (bu mənada çox vaxt “xəlfə” şəklində işlənir). □ Uşaqlardan biri mollanın yanında xəlifə imiş .

Həmçinin bax:

frazeologizm: birgünlük xəlifə frazeologizm: burda mənəm, Bağdadda kor xəlifə Azərbaycan dilinin izahlı lüğəti