Baş verən əhəmiyyətli hadisələr barədə məlumatların toplanması, hazırlanması və kütləvi informasiya vasitələrində yayılması ilə məşğul olan qurum.
Xarakterinə görə belə xidmətlər informasiya agentliklərinə bənzəyir, lakin əhatə dairəsi və miqyasları ilə fərqlənir. X.X.-ləri, adətən, ayrı-ayrı rayonları əhatə edir, yaxud KİV-in, böyük media strukturlarının mühüm bölməsi kimi fəaliyyət göstərir. Bəzən əsas funksiyası məlumatlandırma olan kütləvi informasiya vasitəsinin özü X.X. adlandırılır; məs.: Beynəlxalq Xəbərlər Xidməti (ABŞ), Alman Xəbərlər Xidməti, Rusiya Xəbərlər Xidməti.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti