ər. xatəm – möhür, damğa + fars. kar – edən, vuran
Əşyaların bəzədilməsi, memarlıq elementlərinin bədii tərtibatında istifadə edilən dekorativ-tətbiqi sənət növü.
X. qədim dövrlərdən Şərqdə, o cümlədən Azərbaycanda geniş yayılıb. Bu zaman metal (qızıl, gümüş və s.), fil sümüyü, sədəf, mərmər, keramika parçalarını bəzədilən əşya və elementlərin hamar səthinə yerləşdirməklə müxtəlifformalı naxış və təsvirlər yaradılır.
Tarix terminləri lüğəti