Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

vulqarizm

lat. vulgaris – adi, sadə < lat. vilgus – kütlə

Ədəbi dilin leksik normalarına zidd olan kobud söz və ifadələr.

Bədii əsərdə müəllif obrazın xarakterini açmaq üçün bəzən vulqar sözlərdən istifadə edir. Yazıçı hər hansı surәtin mә­dәniyyәtsizliyini xüsusi nәzәrә çatdırmaq, yaxud әsәrdə müəyyәn mәişət koloriti yaratmaq üçün personajların nit­qində vulqarizm işlәdir; məsələn:

Var özgə vilayətdə də tək-tək köpək oğlu,

Hədsizdi bu viranədə, bişək, köpək oğlu.  (Q.Zakir)

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti