fr. volontaire < lat. voluntarius – könüllü
1. Könüllü olaraq hərbi xidmət keçən şəxs.
Bir sıra dövlətlərdə V.-luq sistemi ümumi hərbi mükəlləfiyyət həyata keçirilənədək ordunun komplektləşdirilməsində mühüm rol oynayıb. XVIII əsr – XIX əsrin I yarısında Habsburqlar imperiyası, Fransa və İtaliya ordularında V.-lardan ibarət xüsusi batalyon və polklar fəaliyyət göstərib. XIX əsrin II yarısında V.-luq sistemi əksər dövlətlərdə öz əhəmiyyətini itirib. Yalnız Böyük Britaniya və ABŞ-da bu sistem ordunun komplektləşdirilməsi üsulu kimi, bəzi dövlətlərdə isə nizami orduya əlavə əsgər yığımı (xüsusilə müharibə dövrlərində) məqsədilə saxlanılır.
2. Əvəzsiz şəkildə ictimai faydalı fəaliyyətlə məşğul olan şəxs.
Tarix terminləri lüğəti