►Həqiqətin və vəziyyətdən çıxış yolunun hər kəsə bəlli olduğu şəraitdə yeni variantların axtarılmasına ehtiyacın olmadığını bildirən ifadə.
İfadə velosipedin icadı ilə bağlı tarixçədən qaynaqlanır.
Velosipedin icad edilməsinin tarixçəsi isə çox maraqlıdır. Hələ qədim misirlilərdə ikitəkərli arabacığın olması barədə məlumat var. Düzdür, bu arabacıq ayaqla yerdən itələnmə hesabına hərəkətə gətirilirdi. Müasir velosipedlərə bənzər mexanizmlər XIX əsrin əvvəllərində icad edilmişdir. Həmin əsrin ortalarına yaxın velosipedə pedallar əlavə olundu və sürət xeyli artdı. Sonra yüngül metal konstruksiyalı təkərlərə hava vurulmuş rezin haşiyələr əlavə edildi və rahatlıq dərəcəsi yüksəldi.
Velosipedin çoxsaylı növləri icad edilsə də, ən geniş yayılmış model, demək olar ki, yüz ildir dəyişməz qalır. Bu, eyniölçülü iki təkər, oturacaq, pedal və ötürücü zəncirdir. Velosiped durmadan təkmilləşir; müxtəlif jurnallarda, sərgilərdə, xüsusən internet səhifələrində onun yeni və çox maraqlı modellərini görmək mümkündür.
Məsəllər, deyimlər