lat. usurpatio < usurpo – zəbt edirəm, ələ keçirirəm
Nəyisə qeyri-qanuni zəbtetmə, yaxud başqasının hüquqlarını zorakı yolla mənimsəmə.
Siyasətdə U. şəxsi diktatura yaratmaq məqsədilə hakimiyyətin qanunsuz olaraq ələ keçirilməsi və ya dövlət başçısının səlahiyyətlərinin çevriliş yolu ilə mənimsənilməsinə deyilir. Napoleon Bonapartın 1799-cu il çevrilişi nəticəsində hakimiyyətə yiyələnməsi U.-ya misal ola bilər.
Tarix terminləri lüğəti