Reklam
Reklam

Məsəllər, deyimlər

ÜZÜNƏ BAXMAQLA DOYMAQ

►Simaca həddindən artıq gözəl olan birinə baxıb zövq almaq; hayıl-mayıl olmaq.

İfadә mәşhur «Yusif vә Züleyxa» dastanından qaynaqlanaraq yayılmışdır.

Şərqin bu məşhur dastanında deyilir ki, sima etibarilə çox gözәl olan Yusif Misirdә valilik edəndə yeddi il qıtlıq olmuşdu. Bu müddәtdә Yusif xalqa hәmişә buğda paylamış, onu aclıqdan xilas etmişdi. Amma yeddinci il buğda tükәnmiş, yeni mәhsulun yetişmәsinә isә qırx gün qalmışdı. Ac camaat Yusifin yanına gәlir. Guya Yusif çölә çıxıb bir uca yerdә durur, üzündәn niqabı qaldıraraq camaata:

– Üzümә baxın, – deyir.

Guya xalq onun üzünü görüb «әhsən» dedi vә qarınları qırx gün müddәtinә doydu. Deyilənə görə, hәmin müddәtdә Yusifin üzünü görənin aclığı dərhal yadından çıxarmış.

Kökü hәmin hadisә ilә әlaqәdar olan ifadә müasir dilimizdә mәnaca daha da şiddәtlәndirilәrәk «üzünә baxmaqla doymaq olmur» şәklini almışdır.

Məsəllər, deyimlər