Reklam
Reklam

Məsəllər, deyimlər

ÜZÜ QARA OLMAQ

Hər hansı pis əmələ görə utanmaq, xəcalət çəkmək, ifşa edilmək, adam içinə çıxa bilməmək.

İfadənin qədim şaman adətlərindən qaynaqlandığı ehtimal edilir.

Şaman adətlərinə görə, qədim dövrlərdə pis əməl törədən şəxsləri el-oba arasında kütləvi şəkildə ifşa edərdilər. Uşaqdan böyüyə kimi hamı həmin şəxsin bəd əməlindən xəbər tutardı. Adət belə idi: hər hansı günah işlətmiş, məsələn, oğurluq etmiş şəxsin üzünü kömürlə qaraldar, sonra küçə-küçə gəzdirib ona lənət yağdırarmışlar. Beləliklə, üzüqaralıq başqa adamları günah işlərdən çəkindirərmiş. Sonradan həmin adət aradan qalxsa da, ifadə işlənməkdə davam edib.

Hazırda dilimizdə «yanında üzüqara çıxmaq», «üzün qara olsun» ifadələri də işlədilir.

Məsəllər, deyimlər