Reklam
Reklam

Məsəllər, deyimlər

ULDUZU BARIŞMAQ

Bir-birini anlamaq, başa düşmәk, qarşılıqlı hisslər yaşamaq, bir-birini ürәkdәn sevmәk.

Bu ifadə göy cisimləri ilə insan taleləri arasında hansısa əlaqənin olması haqqında yanlış təsəvvürlərdən yaranmışdır.

Orta әsrlәrdә geniş yayılmış yalançı münəccim «elminә» görә, Yerdәki bütün varlıqların vә o cümlәdәn dә insanların hәyatı, mәnәviyyatı, istәk vә arzuları göydәki ulduzlardan vә bu ulduzların «davranışından» asılıdır. Odur ki bu «elm» ulduzların vәziyyәtinә әsasәn guya insanların taleyini әvvәlcәdәn müәyyәnlәşdirә bilirdi.

Qədim astrologiya elminә görә, insan vә heyvanlar, bitki vә minerallar bu ulduzlarla әlaqәdar olub onların tәsiri altındadır, hәr birinin rәngi vә xüsusiyyәtlәri başqalarından fәrqlәnәn ulduzlar Yer üzәrindәki bütün varlıqların hissiyyatına, tәbiәtinә, sağlamlığına, davranışına tәsir göstәrir, hәr bir şәxs dә müәyyәn bir ulduzun tәsiri ilә doğulur, yaşayır vә bu tәsirlә әlaqәdar xoşbәxt vә ya bәdbәxt, yaxşı və ya pis adam olur vә s.

Dilimizdəki «ulduzu parlamaq», «ulduzu üzünә gülmәk», «ulduzu xoşbәxt olmaq» vә s. ifadәlәr də obrazlı şәkildә «sәadәtә çatmaq», «xoşbәxt olmaq» mәnalarında işlәnir.

Məsəllər, deyimlər