Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ULDUZ

azərb. ulduz sözü bir neçə məna ifadə edir: 1. Gecələr göydə parıldayaraq nöqtələr kimi görünən göy cismi; 2. Bərabər ucu şiş çıxıntıları olan həndəsi cisim; 3. Döş nişanı (ulduz şəklində).

Məcazi mənada hər hansı bir sahədə məşhur və tanınmış şəxs barəsində ulduz deyilir. Klassik ədəbiyyatda parlayan mənasında rast gəlinir. Ulduz qadın adı sözün birinci mənası ilə əlaqədardır, yəni göy cisminin adındandır. Adın sonuna -a şəkilçisi əlavə edilməklə Ulduzə variantı da yaranmışdır. Ulduzə adının təhrif olunmuş İlduzə forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti