lat. exocoetidae
Sarqanlar (sarqanabənzərlər) dəstəsindən balıq fəsiləsi.
Uzunluğu 45 sm-ə çatan balıqlardır. Sakit okeanın tropik sularında yaşayırlar. Təbii düşmənlərinin təqibindən qaçmaq üçün iri və enli döş üzgəclərinin köməyi ilə suyun səthindən ayrılaraq 100-120 m-lik məsafəni qət edə bilir. Adı da buradan götürülmüşdür.
Biologiya terminlərinin izahlı lüğəti