Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

tozlamaq [tozdamax] feil

1. Toza bulamaq, tozlu etmək. □ Pencəyi tozlamaq. Paltarını tozlamaq.
2. Toz qaldırmaq, tozlu etmək; toz kimi sovurmaq. □ Maşın tərpəndi, dolama yollarla qarı eşə-eşə tozladı. (S.Rəhimov).
3. Botanika. Tozlama aparmaq. □ Çiçəyi süni tozlamaq. 
4. Bitkiləri zəhərli tozla dərmanlamaq. □ Pambıq sahəsini tozlamaq. Ağacları tozlamaq.

Azərbaycan dilinin izahlı lüğəti