Müəyyən insan qrupunun hər hansı təbiət obyektini özünə qohum və hami bilərək ona pərəstiş etməsi; ibtidai inanc forması.
Heyvan, bitki, hətta cansız əşya da totem rolunu oynaya bilər. Qədimdə kiçik insan qrupları (məs.: qəbilə icmaları) çox vaxt öz totemlərinin erkən adını daşıyıblar və onlar ilahiləşdirilərək pərəstiş obyektinə çevrilib. Totemi ovlamaq, öldürmək və yemək yasaq edilib. Hazırda T.-in qalıqlarına bütün dünya dinlərində rast gəlmək olar, onun elementləri isə daha dolğun şəkildə Avstraliya aborigenlərində qorunub saxlanıb.
Tarix terminləri lüğəti