Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

torpaqların bonitetləşdirilməsi

lat. bonitas – keyfiyyətlilik

Torpaqların kimyəvi və mexaniki tərkibi, məhsuldarlığı əsasında onların münbitliyinin müqayisəli şəkildə qiymətləndirilməsi.

T.B. onun münbitliyini, yəni keyfiyyətini ballarla ifadə edən kəmiyyət göstəricisidir. Bu göstərici torpaqların iqtisadi qiymətləndirilməsi, torpaq kadastrının tərtibi, zəruri meliorasiya tədbirlərinin müəyyənləşdirilməsi zamanı mühüm əhəmiyyət kəsb edir.

Coğrafiya terminləri lüğəti