►Gözəlliyə və insan qəlbini oxşamağa xidmət etməli olan incəsənətin silahlı münaqişə, güc nümayişi və müharibə şəraitində məcburən ikinci plana keçməsini bildirən ifadə.
İfadə latın dilindəki «İnter anna silent leges» («Silah dillənəndə qanunlar susar») ifadəsinin tərcüməsindən qaynaqlanaraq yayılmışdır.
Qədim Romada hələ uzaqdakı hədəfi vuran topların olmadığı bir vaxtda bu məşhur ifadəni ilk dəfə görkəmli natiq M.T.Siseron e.ə. 52-ci ildə söyləmişdir. O, dövrün məşhur siyasətçisi və xalq tribunu Tit Anniy Milonun məhkəməsindəki müdafiə nitqində latınca məşhur ifadəni məhkəmə şəraitinə uyğunlaşdıraraq işlətmişdir. Siseronun bu ifadəni ucadan səsləndirməsinə məhkəmə nitqini söylədiyi zaman tribunanı silahlı əsgərlərin dövrəyə alması səbəb olmuşdur. Hərçənd Siseronun bəlağətli və məntiqli nitqi müdafiə etdiyi T.A.Milonu cəzadan xilas edə bilməmişdir.
İfadə bir çox hallarda latın variantındakı ilkin məzmununa uyğun olaraq «Toplar dillənəndə qanunlar susar» şəklində də işlənir.
Məsəllər, deyimlər