►Adət edilən bir şeyi, o cümlədən pis vərdişləri tərgitməyin müşkül olduğunu bildirən ifadə.
İfadə xalq arasında yayılmış bir rəvayətlə bağlı meydana gəlmişdir.
Toyuğun qabağına nə vaxt dən tökürlərsə, üstündə eşələnib daim ayaqları ilə nəyisə kənara sıçradırdı. Onun bu halından bezən sahibi bir gün toyuğu taxıl anbarına salır. Toyuq adətinə sadiq qalıb yenə başlayır buğdanı ayaqları ilə eşələyib arabir dimdikləməyə.
Bunu görən sahibi artıq dözməyib deyir:
– Bu qədər buğdanın içində sən nəyi eşələyirsən?
Toyuq isə ayaqlarına işarə edərək cavab verir:
– Nə eləyim, bu tökülmüşlərim öyrənibdir, məndə nə günah var?
Məsəllər, deyimlər