Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

tey1

Ağdam, Bakı, Cəlilabad, Culfa, Göyçay, Kürdəmir, Meğri, Sabirabad, Salyan, Şamaxı, Şahbuz

Tamam, tamamilə, büsbütün.  Bir ət alıf tey yağdı (Ağdam); Anam bir süzmə bişirmişdi ki, tey yağdı (Bakı); Ancağ tey yunnan edərük (Kürdəmir); Bu ət tey ələngədi, sümüx'dü (Meğri); Tey, daşdan ev tikib (Cəlilabad); Bu il bizim əkdiyimiz tey xırda buğdadı (Şamaxı); Bostan tey güldü (Şahbuz).

tey2

Qax, Quba

Arıq. □ Hər gün nə qədər yiyədü, gənə də teydü.

Azərbaycan dilinin dialektoloji lüğəti