Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

texnogen zəlzələ

yun. techne – incəsənət, ustalıq + yun. genes – mənşə

İnsanın texniki fəaliyyəti nəticəsində baş verən yeraltı titrəyişlər və zərbələr.

T.Z., məsələn, yeraltı nüvə partlayışı zamanı yarana və ciddi dağıntılara səbəb ola bilər. Müəyyən ərazinin həddən artıq yüklənməsi (böyük su anbarının tikilməsi və s.), yaxud ağır yükdən azad olunması (nəhəng faydalı qazıntı yataqlarının sürətli istismarı) Yer qabığının dinamik tarazlığını pozarsa, bu halda da T.Z.-nin baş verməsi mümkündür.

Coğrafiya terminləri lüğəti