Məhsulunu sənayedə xammal olaraq istifadə etmək üçün becərilən bitkilər.
T.B.-ə lifli (pambıq, kətan, çətənə və s.), kauçuklu, efir yağlı (mixəkağacı, kamfora ağacı və s.), yağlı (günəbaxan, yerfındığı və s.), şəkərli (şəkər qamışı, şəkər çuğunduru və s.) bitkilər, dərman bitkiləri (jenşen və s.) aid edilir. Bəzi T.B.-dən eyni zamanda müxtəlif sahələrdə, yaxud həm ərzaq məhsulu, həm də xammal kimi istifadə edilir: məsələn, kənaf, kətan və pambıqdan həm lif, həm yağ alınır; kartof həm yeyilir, həm də ondan nişasta hazırlanır. Azərbaycanda T.B.-dən pambıq, tütün, günəbaxan, kartof, dərman bitkiləri və s. becərilir.
Coğrafiya terminləri lüğəti