Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

texnika

yun. techne – ustalıq, bacarıq

1. Me­­dia məhsullarının istehsalı və yayı­mı­nı, habelə informasiya xidmətlərinin gös­tərilməsini təmin edən avadanlıqların, sistemlərin, vasitələrin məcmusu.

Geniş anlamda bəşəriyyətin əldə etdiyi təcrübə və biliklərin maddi təcəssümü olan ­T.-nın əsas vəzifəsi əməyi yüngülləşdirmək, əmək məhsuldarlığını yüksəltmək məq­sədilə in­sanın istehsal funksiyalarını qis­mən və ya tamamilə əvəz etməkdir. T.-nın inkişafı ənə­nəvi media məhsullarının istehsal pro­sesini təkmilləşdirməklə yanaşı, yeni KİV növlə­rinin, jurnalistika sahələrinin yaran­masını şərtləndirən əsas amilə çev­rilib. Radio, te­leviziya, internet məhz bu inki­şafın nə­ti­cə­ləridir.

2. Üslub, ifadə tər­zi.

Media əməkdaşının professionallıq səviyyəsi, özünəməxsus bacarıqları onun yazı və ifa T.-sında öz ək­sini tapır.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti