Reklam
Reklam

Tarix terminləri lüğəti

təxliyə

ər. – boşaltma, boşaldılma

1. Yaralıların, xəstələrin, əsirlərin, eləcə də yararsız və artıq əmlakın, hərbi qənimətlərin və digər maddi sərvətlərin döyüş zonasından arxa cəbhəyə köçürülməsi.

2. Hərbi və siyasi səbəblərdən, eləcə də imzalanmış saziş və müqavilələr əsasında qoşunların əvvəl yerləşdikləri (tutduqları) ərazidən çıxarılması.

3. Mülki əhalinin, müəssisələrin, idarələrin, maddi və mədəni sərvətlərin düşmən hücumuna və ya təbii fəlakətə məruz qalmış ərazilərdən çıxarılması.

Tarix terminləri lüğəti