rus. Svetlana qadın adındandır. XX əsrin iyirminci illərindən rusların məişətində çox geniş yayılmış qadın adlarından olan Svetlana adı dilimizə həm Svetlana, həm də Sveta (Svetlana adının əzizləmə və oxşama məzmunlu kiçiltmə forması) kimi daxil olmuşdur.
Svetlana qadın adı işıq, nur, parlaqlıqla əlaqədar anlamlar ifadə edir. Adın təhrif olunmuş forması Svet də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti