Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

sürgüqolu [sürgüqolu] isim

1. Maşında, mexanizmdə pistonu (porşeni) mühərrikin valı ilə birləşdirən və işləyəndə hərəkəti ötürən detal, hissə. □ Pistonun aşağıya hərəkəti sürgüqolu vasitəsilə dirsəkli vala keçərək onu fırlanmağa məcbur edir. 
2. Bəzi odlu silahlarda atəş açmaq üçün müxtəlif şəkildə qurulmuş mexanizm. □ ...pulemyotun dalına atılıb, sürgüqolunu iki dəfə dala verdi. (Ə.Əbülhəsən).

Azərbaycan dilinin izahlı lüğəti