Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

sülüx'1

Cəbrayıl, Göyçay, Kürdəmir, Laçın

Təzə göyərmiş, sütül qamış. □ Vəli bir dəstə sülüx' dərdi (Göyçay).

sülüx'2

Başkeçid, Borçalı

Zəli. □ Bizim sularda sülüx olmaz.

sülüx'3

Gədəbəy

Quru odun.

sülüx'4

Qazax

Bir şeyə dadandırılmış, acgöz. □ Söylünün qızı xarav öyrənif sülüx' quzu kimi elə adamın əlnə baxer; Sülüx' quzu həməşə özgə qoyunun altına cumor.

sülüx'5

Borçalı

Tamah. □ O, sülühün saxlıya bilmir.

Azərbaycan dilinin dialektoloji lüğəti