Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

şuluq [şulux] sifət

1. Nadinc, dəcəl, şuluqçu. □ Şuluq uşaq.
2. İsim kimi: dələduz. □ Yoluğun nəyi var, şuluğa versin. (Atalar sözü).
3. İsim kimi: hərc-mərclik, qarışıqlıq, qalmaqal, qayda-qanunsuzluq. □ Güləndam, itin olum, küçüyün olum, bu ev çox şuluqdur, aman günüdür. (N.Vəzirov).

Həmçinin bax:

frazeologizm: işi şuluq olmaq frazeologizm: şuluq salmaq Azərbaycan dilinin izahlı lüğəti