Reklam
Reklam

Məsəllər, deyimlər

SÜD GÖLÜNDƏ ÜZMƏK

►Maddi cəhətdən hər şeyi olmaq, azad, firavan, heç bir sıxıntı çəkmədən rahat həyat yaşamaq.

İfadə qədim insanların firavan və qayğısız həyat haqqında arzu və təsəvvürlərindən qaynaqlanır.

Rus xalq nağıllarında tez-tez süd gölləri və bal sahilləri haqqında süjetlərə rast gəlmək olar. Ağır zəhmətlə çörək qazanan xalq özünün qayğısız və zəngin həyat haqqında arzularını folklorda ifadə etmişdir. Süd və bal göllərinə əksər xalqların əfsanələrində rast gəlmək olar. «Əhdi-ətiq»də Tanrı Musa peyğəmbərə İsrail xalqını Misirdən çıxaracağına və onları «süd və bal» axan yaxşı və geniş torpağa gətirəcəyinə söz verir.

Sonralar «süd gölləri və bal sahilləri» ifadəsi «əlçatmaz, həyata keçməsi mümkün olmayan» sözləri ilə sinonim kimi işlədilməyə başladı.

Məsəllər, deyimlər