Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sözün sətirdən-sətrə keçirilməsi

Quruluşu və mənası  nəzərə alınmaqla sözün yeni sətrə hecalarla keçirilməsi.

Sözün sətirdən-sətrə keçirilmə qaydaları aşağıdakılardır: 1) söz yeni sətrə bütöv hecalarla keçirilir: mək-təb, ka-ğız, sen-tyabr və s.; 2) sözün bircə saitdən ibarət olan hecasını sətrin sonunda saxlamaq və ya yeni sətrə keçirmək olmaz: u-şaq, ə-ziz, i-lan, bədi-i, mətbə-ə və s.; 3) qoşasamitli söz­lərdə sa­mitlərin hər biri ayrı-ayrı hecalarda işlənir: rəs-sam, sir-daş və s. 4) rəqəmlə yazılan saya aid şəkilçiləri, ixtisarla yazılan ölçü vahidlərini,  eləcə də bəzi şərti işarələri  rə­qəm­dən ayırıb yeni sətrə keçirmək olmaz: 2016-cı, 15 kq, 100% və s. 5) Mürəkkəb sözlərdə sözün sətirdən-sətrə keçirilməsi zamanı heca bölgüsü ilə yanaşı, sözün tərkib hissələrinin bütövlüyü də nəzərə alınır: ya-rım-a-da, kək-lik-o-tu və s.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti