Sözlərin və şəkilçilərin birləşdirilməsindən ibarət söz yaratma.
Söz yaradıcılığı həm morfologiya, həm də leksikologiya ilə əlaqədardır. Morfologiya fənni kimi söz yaradıcılığında sözün morfoloji strukturu (quruluşu) öyrənilir. Leksikologiyada isə söz yaradıcılığının leksik-semantik tərəfləri öyrənilir. Dilçilikdə söz yaradıcılığının üç yolu daha geniş yayılıb: morfoloji (düzəltmə sözlər), sintaktik (mürəkkəb sözlər) və leksik yol (hər hansı sözün müəyyən səbəblə başqa məna qazanması: bazar – həftənin günü və alış veriş yeri).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti