İki və daha artıq müstəqil sözün mənaca və qrammatik baxımdan birləşməsi; məs.: ana ürəyi, yurdu qorumaq, düşmənlə döyüşəndə və s.
Söz kimi söz birləşməsi də cümlə üçün “tikinti materialı”dır. Bununla belə, söz birləşməsi əsas sintaktik vahidlərdən biri hesab olunur. Söz birləşməsi də sözlərlə birlikdə cümlə üzvü rolunda çıxış edə bilir. Müstəqil sözlə (əsas nitq hissəsi ilə) köməkçi sözün (köməkçi nitq hissəsinin) birləşməsi söz birləşməsi sayılmır: bizə tərəf, sənin üçün və s.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti