Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

sosial məsuliyyət nəzəriyyəsi

Mühüm ictimai funksiyalar yerinə yetirən azad me­dianın cəmiyyət qarşısında məsuliyyət da­şıdığını bəyan edən nəzəriyyə.

«Azadlıq – məsuliyyət doğurur» prinsipindən tö­rəmiş və XX əsrin ortalarında ABŞ-da yaranmış bu nəzəriyyə faktik olaraq me­dia­ya mütləq azadlıq tələb edən liberal baxışlarla onun fəaliyyəti üzərində haki­miyyətin nəzarətinə tərəfdar çıxan avtoritar nəzəriyyə arasında orta mövqe tutur. S.M.N.-nə görə, media hakimiyyətin nə­zarətindən azaddır, lakin onun fəaliyyəti ­ictimai strukturlar tərəfindən tənzim­lən­məlidir. Tənzimləyici orqanlar rolunda te­leradio sahəsində – ictimaiyyətin iştirakı ilə formalaşdırılan müstəqil dövlət qurumu, digər KİV sahəsində – professional təşki­latlar çıxış etməlidir. Beləliklə, real olaraq öz-özünü idarə edən media cəmiyyət qar­şı­sında məsuliyyətini anlayaraq üzə­rinə könüllü öhdəliklər götürməlidir: ­qa­nunları pozmamalı, ictimai maraqları qo­­rumalı, ­ba­zar qaydalarına əməl etməli, insan hüquq­larına hörmətlə yanaşmalı, yüksək peşə standartlarına yiyələnməlidir və s.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti