Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sinkretizm

Ədəbiyyat və incəsənətin ibtidai inkişaf dövründə onların tərkib hissələrinin (şeir, musiqi, teatr, rəqs və s.) üzvi vəhdətdə birləşməsi.

Qәdim zamanlarda dünyanın bir çox xalqlarının mәdәni hәyatında S. hökm sürürdü; yәni şeir, musiqi, teatr, rәqs vә s. sәnәt ünsürlәri bir-biri ilә sıx bağlı olub bir sənət vahidi kimi ifa edilirdi. Avropada trubadur poeziyasını, Azәrbaycanda aşıq sənətini, meyxananı S.-in tipik nümunәsi hesab etmək olar. Xalq yaradıcılığında S. bu gün də özünü göstərir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti