alm. Norddeutscher Bund
1867–1870-ci illərdə mövcud olmuş, Mayn çayından şimalda yerləşən alman torpaqlarını əhatə edən federativ dövlət.
Prussiyanın rəhbərliyi altında yaradılan bu ittifaq alman torpaqlarının vahid dövlətdə birləşdirilməsi prosesində mühüm mərhələ olub. 1870–1871-ci illər Fransa–Prussiya müharibəsinin gedişində cənubi alman torpaqları da Ş.A.İ.-na birləşdirildikdən sonra 1871-ci il yanvarın 18-də vahid alman dövlətinin – Almaniya imperiyasının yaranması elan edilib.
Tarix terminləri lüğəti