Monarxın hakimiyyətinin zadəgan, ruhani və şəhərlilərin nümayəndələrindən ibarət orqanların fəaliyyəti ilə uzlaşdırıldığı feodal dövləti forması.
S.M. (yaxud silki nümayəndəli monarxiya) Avropanın əksər ölkələrində XIII–XIV əsrlərdə (Kastiliyada – XII, Macarıstan və Polşada isə XV əsrdə) formalaşıb. Bəzi dövlətlərdə silki nümayəndəli orqanlar müəyyən siyasi müstəqillik əldə edərək monarxın hakimiyyətini məhdudlaşdıra biliblər. Lakin bütövlükdə S.M. sistemində aparıcı rol yenə də monarxa məxsus olub. Təsadüfi deyil ki, Avropa ölkələrinin əksəriyyətində S.M. sonradan mütləq monarxiya ilə əvəzlənib.
Tarix terminləri lüğəti