1. Şil-küt etmək (eləmək) – bərk döyüb əzişdirmək, qol-qabırğasını sındırmaq, şikəst eləmək, çolaq eləmək. □ Ta mən sizin ikinizi də şil-küt etməsəm, ölkə sizin əlinizdən dincəlməz. (M.F.Axundzadə).
2. Şil-küt olmaq – bərk döyülməkdən şikəst olmaq, bədəni əzik-əzik olmaq, hərəkətsiz hala düşmək.
3. Məcazi mənada: sınıq-sınıq olmaq, qırılmaq, sınıb tökülmək. □ Şil-küt olmuş ağaclar yaralarını sağaldır, şivləyirdi. (S.Rəhimov).