1. Seyrək hala gətirilmək, seyrəldilmək. □ Bağda ağaclar seyrəklənmişdir.
2. Məcazi mənada: azalmaq. □ İdarəyə gələnə qədər Qorxmazın üzünü çulğamış qalın kədər dumanı indi parçalanmış, seyrəklənmiş və get-gedə çəkilib gedirdi. (Ə.Vəliyev).
3. Bir-birindən aralanmaq, uzaqlaşmaq; dağılışmaq. □ Atlılar seyrəklənərək iki sıra olub, təpələrin arası ilə gedən ensiz cığıra buruldular. (Ə.Vəliyev).