Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

şəxsi həyat

İnsanın fiziki mövcudluğu, mənəvi tələbatları, şəxsi maraqlarından irəli gələrək atdığı addımların, gördüyü iş­lərin məcmusu.

«İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haq­qında» Avropa konvensiyası və Azər­baycan Kons­titusiyası hər kəsin «şəxsi və ailə hə­yatı» olduğunu qeyd edir, lakin bu an­layışların izahı qanunlarda verilmir. Avropa Məh­kəməsi də Ş.H. terminini hər hansı an­layışla tam əhatə etməyi mümkünsüz sayır. Ş.H. – insanın gündəlik tələbatlarını təmin etmək, istə­diyi formada qurduğu şəxsi münasibətlərə və heç kimin bilmək is­təmədiyi sirlərə sahib olmaq hüquqlarını özündə əks etdirir. Ş.H. fərd üçün özünün sərbəst inkişaf im­kan­larını reallaşdıra bi­ləcəyi mühit yaradır.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti