Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

sərab çoban iti

İranın şimal-qərb hissəsində mövcud olan yerli it cinsi.

Əsasən qoyunçuluq sahəsində istifadə edilir. Sürüləri yırtıcı heyvanlardan qoruyur. Bu cins öz adını İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanlığından götürmüşdür. Cins ingilis dilli mənbələrdə İran çoban iti və ya Fars çoban iti adlandırılsada, sırf Azərbaycan türkləri ilə əlaqədardır. S.Ç.İ. yığcam və əzələli bədən quruluşuna malik olurlar. İri pəncəyə sahibdirlər. Erkəklərin hündürlüyü 75-90 sm, dişilər isə 70-85 sm olur. Çəki baxımından erkəklər 60-90 kq arası, dişilərdə isə 55-80 kq arası olurlar. İstər yayın isti istərsə qışın sərt havasına davamlıdır. Orta yaşam ili 12-17 arasında dəyişir. Müxtəlif rəng çalarlarına malik olurlar. Qara rəngliləri üstünlük təşkil edir. Xəzləri uzuntüklü və qısatüklü olur.

Biologiya terminlərinin izahlı lüğəti