►İnsanın yaşı ilə onun ağlı və dünyagörüşü arasında müəyyən ziddiyyətin olduğuna işarə ilə deyilən istehzalı ifadə.
İfadə el arasında Mövlana ilə bağlı yayılmış bir əhvalatdan qaynaqlanır.
Həzrəti Mövlana (Cəlaləddin Rumi) müxtəlif dinlərə mənsub adamlarla da tez-tez görüşər, onlarla fəlsəfi söhbətlər edərdi. Bu söhbətlərdən sonra islama rəğbəti artanların, müsəlman olmaq istəyənlərin sayı xeyli çoxalardı. Günlərin bir günü Həzrəti Mövlana söhbət etdiyi bir rahibdən belə soruşur:
– Sən böyüksən, yoxsa saqqalın?
Rahib dərhal cavab verir:
– Mən saqqalımdan 20 yaş böyüyəm.
Həzrəti Mövlana belə buyurur:
– Səndən 20 yaş kiçik olan saqqalın ağarmış, lakin sən isə hələ də qaranlıqlar içindəsən.
Rahib elə oradaca islam dinini qəbul edir.
Məsəllər, deyimlər