Reklam
Reklam

Tarix terminləri lüğəti

“Şanlı inqilab”

ing. “Glorious Revolution

İngiltərədə 1688–1689-cu illərdə II Yakov Stüartın taxtdan salınıb Oranlı III Vilhelmin kral elan olunması ilə nəticələnən dövlət çevrilişinin tarix ədəbiyyatında adı.

Ş.İ.-ın əsas yekunu İngiltərədə absolyutizmin birdəfəlik ləğvi və konstitusiyalı monarxiyanın bərqərar edilməsindən ibarətdir. Belə ki, 1689-cu ildə qəbul olunmuş “Hüquqlar haqqında bill” kralın səlahiyyətlərini məhdudlaşdırıb. Kral parlamentin razılığı olmadan qanunları qüvvədən salmaq və ya onların icrasını dayandırmaq, vergilər müəyyənləşdirmək və toplamaq, habelə daimi ordu saxlamaq hüququndan məhrum edilib. Ş.İ. burjuaziya və yeni zadəganların İngiltərə burjua inqilabındakı qələbəsini qətiləşdirib və ona dönməz xarakter verib.

Tarix terminləri lüğəti