lat. ratificatio < ratus – təsdiq olunmuş + facere – etmək
Dövlətin səlahiyyətli nümayəndəsi tərəfindən bağlanmış beynəlxalq müqavilənin həmin dövlətin ali hakimiyyət orqanında təsdiq edilməsi.
Adətən, yalnız ən mühüm beynəlxalq müqavilələr R. olunur. Əksər konstitusiyalarda beynəlxalq müqavilələrin R.-sı hüququ dövlət başçısına, yaxud bilavasitə ali qanunverici orqana verilir. Azərbaycan Konstitusiyasına görə, belə müqavilələr ölkə prezidentinin təqdimatı ilə parlament (Milli Məclis) tərəfindən R.-dan keçirilir.
Tarix terminləri lüğəti