Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

quyruq [quyrux] isim

1. Heyvanların çoxunun bədənlərinin qurtaracağındakı mütəhərrik törəmə, yaxud heyvanın bədəninin getdikcə nazikləşən dal hissəsi. □ At quyruğu. Balıq quyruğu. 
2. Qoyunların bədənlərinin qurtaracağındakı ət halında olan yağ kütləsi. □ Qoyun quyruğu. Qoç quyruğu.
3. Quşların bədənlərinin qurtaracağındakı uzun və ya qısa lələk topası. □ Xoruz quyruğu. Tovuz quyruğu.
4. Uçucu aparatların dal hissəsi. □ Təyyarənin quyruğu.
5. Hərəkət edən (yeriyən) bir şeyin axırıncı, ən arxadakı hissəsi. □ Qatarın quyruğu. Dəstənin quyruğu.
6. Məcazi mənada: axır, axırıncı. □ Namərdlər, alçaqlar, nə qədər ki, quyu dərinləşməmişdi, mən başidim, onlar quyruq. (A.Şaiq). 
7. Ümumiyyətlə, bir şeyin qurtaracağı, son hissəsi.
8. Növbədə durmuş adamlar sırası.
9. Məcazi mənada: bir adamın arxasına düşüb ondan ayrılmayan adam haqqında; əlaltı.

Həmçinin bax:

frazeologizm: Allahdan buyruq, ağzıma quyruq frazeologizm: bacasından quyruq yağmaq frazeologizm: dəvəni eşşəyin quyruğuna bağlamaq frazeologizm: dəvənin quyruğu yerə dəyəndə frazeologizm: xoruzun quyruğu görünmək frazeologizm: ilanın quyruğunu basmaq frazeologizm: iti quyruğundan bağlasan, durmaz frazeologizm: quyruğu ələ keçmək frazeologizm: quyruğu ilə qoz sındırmaq frazeologizm: quyruğu qapı arasında qalmaq frazeologizm: quyruğu tələdən çıxmaq frazeologizm: quyruğuna düşmək frazeologizm: quyruğunda qoymaq frazeologizm: quyruğunu basmaq (tapdalamaq) frazeologizm: quyruğunu belinə qoymaq frazeologizm: quyruğunu düyünləmək (düymək) frazeologizm: quyruğunu eşmək frazeologizm: quyruğunu qaldırmaq frazeologizm: quyruğunu qısmaq frazeologizm: quyruğunun altına tikan qoymaq frazeologizm: quyruq bulamaq frazeologizm: quyruq doğan ay frazeologizm: quyruq ələ verməmək frazeologizm: quyruqda bıçağı sındırmaq frazeologizm: quyruqda sürünmək frazeologizm: öküzü soyub quyruğunda bıçağı sındırmaq frazeologizm: soyub-soyub quyruğunda bıçağı sındırmaq frazeologizm: soyub-soyub quyruğunda qoymaq frazeologizm: sözə quyruq bağlamaq Azərbaycan dilinin izahlı lüğəti